Mogerini ABŞ səfirliyinin Beytül-Müqəddəsə köçürülməsinə qarşı çıxdı
Dek 06, 2017 11:31 Asia/Baku
Avropa Birliyinin xarici siyasət məsələləri üzrə koordinatoru ABŞ səfirliyinin Tələvivdən Beytül-Müqəddəsə köçürülməsi üzrə Vaşinqtonun birtərəfli qərarına qarşı çıxıb.
Avropa Birliyinin xarici siyasət məsələləri üzrə koordinatoru Federika Mogerini ABŞ dövlət katibi Reks Tillersonla görüşdə bildirib: ABŞ səfirliyinin Beytül-Müqəddəsə köçürülməsi və bu şəhərin İsrail rejiminin paytaxtı olaraq rəsmən tanınması üzrə hər hansı hərəkət təhlükəli olacaq və Yaxın Şərqdə qarşıdurmaların daha da gərginləşməsi ilə nəticələnə bilər.
Mogerini əlavə edib: İsrail və Fələstin arasında saziş səylərinə zərbə vuracaq istənilən hərəkətdən ciddi şəkildə çəkinmək lazımdır.