Tereza Meyə sui-qəsd planının detalları açıqlanıb
London polisi Britaniya baş nazirinin terror etməyə cəhd edən iki şübhəlinin saxlanıldığını təsdiqləyərək bu plan haqda əlavə məlumat verib.
Sin-Xoa İnformasiya Agentliyinin məlumatına görə, London polisi rəsmi bir bəyanatda Britaniya baş nazirinin ofisi yaxınlığında bomba quraşdırmaq və Tereza Meyi terror etməkdə şübhəli bilinən iki kişinin saxlanıldığını təsdiqləyib və bildirib: Terrorçular Britaniya baş naziri ofisinin yerləşdiyi Davninq küçəsinin girişində bir çantada quraşdırılmış bombanı partlatmaq və bıçaqla Tereza Meyə hücum etmək niyyətində olublar.
Bildirilir ki, saxlanılan iki şübhəli İŞİD terror qruplaşmasının üzvləridir.
Britaniya polisi çərşənbə axşamı günü bildirib: Baş nazir Tereza Mey əleyhinə sui-qəsd planını zərərsizləşdirib.
Britaniya polisinin bildirdiyinə görə, ölkənin təhlükəsizlik xidmətləri Britaniya Nazirlər Kabineti əleyhinə 9 terror aktını zərərsizləşdiriblər.
Suriya prezidenti Bəşşar Əsədin qanuni hökuməti əleyhinə İŞİD terrorçularını dəstəkləməkdə suçlanan Avropa ölkələri, o cümlədən Britaniya hazırda bu terror qruplaşmasının İraq və Suriyada məğlubiyyətə uğraması ilə onların Avropa ölkələrinə qayıtmaları və terror aktları törətmələrindən nigarandırlar.