ABŞ-ın Londondakı səfirliyi Trampın qərarının ardınca təhlükəsizlik xəbərdarlığı edib
Dek 07, 2017 13:12 Asia/Baku
ABŞ-ın Londondakı səfirliyi bu ölkə vətəndaşlarına prezident Trampın Qüdsü İsrailin paytaxtı kimi tanımaq qərarının ardınca zorakılıq ilə yanaşı olan etiraz aksiyaları barədə xəbərdarlıq edib.
İRNA-nın məlumatına görə, ABŞ-ın Londondakı səfirliyi bir bəyanat yayaraq, ABŞ vətəndaşlarından diqqətli və ehtiyatlı olmalarını, təhlükəsizlik qaydalarına riayət etmələrini istəyib.
Bu bəyanatda həmçinin deyilir: etiraz aksiyalarının keçirildiyi məkanlarda iştirakdan çəkinin və bu kimi etiraz aksiyalarının olduğu yerdə olmuş olsanız, diqqətli olun.