Amerikalılar Trampdan narazıdır
Dek 08, 2017 13:41 Asia/Baku
ABŞ-da keçirilən bir rəy sorğusu göstərir ki, prezident Donald Tramp amerikalıların çox az hissəsinin razılığına malikdir.
Hill qəzetinin məlumatına görə, Pio Araşdırmalar Mərkəzinin apardığı rəy sorğularının nəticələrinə əsasən, ABŞ vətəndaşlarının sadəcə 32% Donald Trampın bu ölkə prezidenti olaraq funksiyasından razıdır və 63% də ondan narazıdır.
Trampdan ictimai razılıq fevralda keçirilən rəy sorğusunun nəticələrinə görə, 39% idi.