Trampın Qüdslə bağlı qərarı Asiyada geniş etiraz dalğası yaradıb
https://azeri.sahartv.ir/news/dünya-i288755-trampın_qüdslə_bağlı_qərarı_asiyada_geniş_etiraz_dalğası_yaradıb
Əfqanıstanın müxtəlif vilayətləri cümə günü ABŞ prezidentinin Qüdslə bağlı qərarına etiraz olaraq geniş aksiyaların şahidi olub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 09, 2017 10:31 Asia/Baku
  • Trampın Qüdslə bağlı qərarı Asiyada geniş etiraz dalğası yaradıb
    Trampın Qüdslə bağlı qərarı Asiyada geniş etiraz dalğası yaradıb

Əfqanıstanın müxtəlif vilayətləri cümə günü ABŞ prezidentinin Qüdslə bağlı qərarına etiraz olaraq geniş aksiyaların şahidi olub.

Kabil, Herat və Qunduz vilayətləri daxil olmaqla Əfqanıstanın müxtəlif vilayətlərində insanlar cümə namazında iştirak etdikdən sonra ABŞ əleyhinə aksiya təşkil ediblər. Aksiya iştirakçıları əllərində üzərinə "Qüds Fələstinindir" şüarı yazılmış plakatlar daşıyaraq, Trampın Qüdsü İsrailin paytaxtı olaraq tanımasına etiraz ediblər. 

Əfqanıstanın paytaxtı Kabildə də qəzəblənmiş xalq Əfqanıstan hökumətindən ABŞ ilə diplomatik əlaqələri kəsməsini, ABŞ səfirliyini bağlamasını və ABŞ hərbçilərin Əfqanıstandan çıxarılmasını istəyiblər. 

Pakistanda da dini və siyasi qruplar habelə, siyasi partiyalar Karaçi, Lahur, İslamabad, Kveta və Pişavər şəhərlərində etiraz aksiyaları təşkil edərək, ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı olaraq tanımasını kəskin formada qınayıblar. 

Kəşmir müsəlmanları da bir bəyanat yayaraq, Qüdsü Fələstinin ayrılmaz hissəsi adlandırıb və ABŞ prezidentinin bu ölkə səfirliyinin Təl-Əvivdən Qüdsə köçürülməsi ilə bağlı qərarına etiraz ediblər.