Kanadanın müxtəlif şəhərlərində anti-Tramp aksiyalar keçirilib
Kanadanın ayrı-ayrı şəhərlərində yüzlərlə adam ABŞ prezidentinin bu ölkə səfirliyinin Qüds şəhərinə köçürülməsinə dair qərarına qarşı aksiya keçiriblər.
İRNA-nın verdiyi məlumata görə, yüzlərlə fələstinli və onlara dəstək verənlər dünən Kanada paytaxtı Otava şəhərində ABŞ səfirliyindən sionist rejimin səfirliyinədək olan məsafəni yürüyüblər və Kanada dövlətini ABŞ prezidenti Trampa təzyiq göstərməklə onu bu qərardan vaz keçməyə vadar etməyə çağırıblar.
Kanadanın Toronto şəhərində də yüzlərlə etirazçı ABŞ-ın konsulluğu qarşısında piket keçirərək Trampın Qüds barədə qərarına etirazlarını bildiriblər.
Kanadanın Vindzor və Ontario şəhərlərində də etiraz aksiyaları keçirilib.
Kanadanın Xarici İşlər Nazirliyi bildirib ki, bu ölkə Qüdsü sionist rejimin paytaxtı kimi tanımayacaq.
Donald Tramp dekabrın 6-da geniş beynəlxalq və regional müxalifətə rəğmən Qüdsü sionist rejimin paytaxtı kimi rəsmən tanıdı.