Dek 11, 2017 17:49 Asia/Baku
  • Berlində Trampın qərarına qarşı etirazlar səngimir
    Berlində Trampın qərarına qarşı etirazlar səngimir

Almaniyanın paytaxtı Berlin şəhərində minlərlə nəfər bir daha ABŞ prezidentinin Qüdsü sionist rejimin paytaxtı kimi tanımasına qarşı aksiya keçirib.

Yerli medialar dünən Berlinin Neo-Köln məntəqəsində keçirilən bu aksiyada iştirak edənlərin sayını 2500 nəfərdən yuxarı elan ediblər.

"İsrail bombalayır, Almaniya maliyyə dəstəyi verir!" və "Fələstinə azadlıq!" şüarları verən aksiya iştirakçıları sionist rejimin bayrağını yandırıblar.  

Fələstinli qrupların təşkil etdikləri bu aksiya Almaniya dövlətinin müxalifətilə keçirilib və onda on nəfərdən çox insan həbs olunub.

Berlin dünən də ABŞ prezidentinin Qüdsə qarşı qərarına etiraz və Fələstinlə həmrəylik ifadə etmək üzrə keçirilən ən böyük aksiyalardan birinin şahidi olubdur.

Tramp ötən çərşənbə günü Qüdsü sionist rejimin paytaxtı kimi tanıdı və bir sənəd imzaladı ki, ona əsasən, Amerikanın Təl-Əvivdəki səfirliyi bu şəhərə köçürüləcəkdir. Bu hərəkət Yaxın Şərqdə, Avropada və hətta Amerikanın daxilində belə, etiraz dalğalarına səbəb olubdur.

Teqlər