Dek 11, 2017 21:39 Asia/Baku
  • BMT: Alabama ən yoxsul cəmiyyətə sahibdir
    BMT: Alabama ən yoxsul cəmiyyətə sahibdir

BMT-nin xüsusi məruzəçisi ABŞ-ın Alabama ştatını inkişaf etmiş ölkələr arasında ən yoxsul cəmiyyətə sahib məkan adlandırıb.

News Week jurnalının məlumatına görə, BMT-nin xüsusi məruzəçisi Filip Alleston ABŞ-ın cənub-şərqində Alabama ştatı ilə yaxından tanış olduqdan sonra deyib: ABŞ-da güclü yoxsulluğun olmadığı təsəvvürü vardı. Lakin belə olmadığı məlum oldu. 

Alleston həmçinin Alabama ştatının kəndlərində ətraf mühitin məhv edilməsini müşahidə etdikdən sonra deyib: Bu qədər dağıntı inkişaf etmiş cəmiyyətlərdə çox genişdir. 

Alabamaya baxış keçirmək BMT-nin ABŞ-da yoxsulluq və insan haqları haqda iki həftəlik araşdırma proqramına daxildir. 

Bu proqram çərçivəsində BMT-nin məruzəçiləri Kaliforniya və Alabama ştatlarında olublar və tezliklə Puerto-Riko, Vaşinqton DC və Virciniyaya da baş çəkəcəklər. 

Məlumatlara görə, ABŞ prezidenti Donald Trampın iddiasının əksinə olaraq, bu ölkə dünyanın ən yaxşı ölkəsi deyil və başqa inkişaf etmiş ölkələrlə müqayisədə yoxsulluq göstəricisi çox-çox yuxarıdır. 

ABŞ Statistika Mərkəzinin bildirdiyinə görə, bu ölkədə 41 milyon nəfər yoxsulluqdan əziyyət çəkir. 

Bu arada Tramp bazar günü Twitter səhifəsində hökumətinin iqtisadi inkişafını alqışlayıb və mediaları bu məsələləri araşdırmamalarına görə tənqid edib. 

Teqlər