Trampın qərarına qarşı qətnamənin ilkin mətni TŞ-yə göndərilib
Birləşmiş Millətlət Təşkilatının dünənki iclasında bir neçə ərəb ölkəsinin nümayəndələri Trampın Qüds barədə qərarının ləğvini tələb edən bir qətnamənin ilkin mətnini Təhlükəsizlik şurası və baş assambleyaya göndəriblər.
İRNA-nın verdiyi məlumata görə, ABŞ prezidenti Donald Tramp 2017-ci il 6 dekabrda Qüds şəhərini İsrail rejiminin paytaxtı tanıdı və ABŞ-ın səfirliyinin bu şəhərə köçürülməsi barədə təlimat verdi.
BMT Təhlükəsizlik Şurası ötən il dekabr ayında bir qətnamə qəbul edərək təkid etdi ki, Beytül-Müqəddəs ilə bağlı 1967-ci ildən öncəki sərhədlərdə heç bir dəyişikliyi tanımayacaq, və sadəcə tərəflərin müzakirələrdə bu barədə razılığı gələcəkləri istisna edilir.
İran İslam Respublikası Trampın bu qərarını pisləyən ilk ölkələrdən biri olmuşdur.
Bir çox ölkələr və beynəlxalq təşkilatlar da Trampın bu hərəkətini pisləyiblər.