Dek 12, 2017 20:33 Asia/Baku
  • Tramp demokratları saxta məlumatlar yaymaqda ittiham edib
    Tramp demokratları saxta məlumatlar yaymaqda ittiham edib

ABŞ prezidenti demokratları və bu ölkə mediyalarını onun qadınlarla əlaqəsi barədə saxta və yalan məlumatlar yaymaqda ittiham edib.

İRİB-in verdiyi məlumata görə, ABŞ prezidenti Donald Tramp özünün Tvitter səhifəsində yazıb: Demokratlar minlərlə saat vaxt və milyonlarla dollar vəsait sərf edərək mənim seçki kampaniyam ilə Rusiya arasında əlaqə barədə heç bir fakt təqdim edə bilmədilər. 

Tramp deyib: Ondan  sonra demokratlar mənim tanımadığın və heç vaxt görmədiyim qadınlar barədə saxta və yalan hekayələr uydururlar. 

ABŞ prezidentinə qarşı seksual zəmində ittiham 3 qadının Tramp tərəfindən cinsi zorakılığa məruz qalmaları barədə Konqresə müraciət etmələrindən sonra diqqət mərkəzində durub. 

 

Teqlər