Quterreş Maynmada insan haqlarının pozulmasını tənqid etdi
BMT baş katibi Myanmada iki jurnalistin saxlanılması və insan haqlarının pozulmasını tənqid edib.
Röytersin məlumatına görə, Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterreş cümə axşamı günü bildirib: Myanmanın Yanqon şəhərində Röyters İnformasiya Agentliyinin iki jurnalistinin saxlanılması bu ölkədə mətbuat azadlığının zəif olduğunu göstərir.
"Beynəlxalq ictimaiyyət bu jurnalistlərin azadlığı üçün əlindən gələni edir" -deyən BMT baş katibinin sözlərinə görə, hazırda Myanma haqda ən önəmli nigaranlıq, Raxin əyalətində müsəlmanların repressiyası zamanı insan haqlarının kobud şəkildə pozulmasıdır. Müsəlmanların repressiyası 600 mindən çox rohinca müsəlmanının didərgin düşməsi ilə nəticələnib.
Quterreş əlavə edib: İki jurnalistin həbsi də ehtimal üzrə rohinca müsəlmanlarının repressiyasi ilə əlaqədardır.
Raxin əyalətində rohinca müsəlmanları əleyhinə repressiyalar soyqırımı cinayətinin bariz nümunəsidir. 2017-ci ilin 25 avqust- 25 sentyabr arasında zorakılıqlarla əlaqədar aparılan araşdırmalara əsasən, altı min yeddi yüzdən çox rohinca müsəlmanı həlak olub. Həlak olanlar arasında azı 730 uşaq beş yaşdan aşağıdır.