İtaliyada ant-ABŞ aksiyası
İtaliya paytaxtı Romada fələstinlilər Qüdsü sionist İsrail rejimin paytaxtı elan edən ABŞ prezidentinin qərarına etiraz olaraq akisya keçiriblər.
Romada da fələstinlilər ABŞ əleyhinə aksiya təşkil ediblər. İtaliyada yaşayan onlarla fələstinli Romada ABŞ səfirliyi binası önünə toplaşaraq bu ölkə səfirliyinin işğal olunmuş Qüdsə köçürülməsinə dair Vaşinqtonun qərarını pisləyib.
Aksiya iştirakçısı deyib: ABŞ prezidenti bilməlidir ki, Qüds Amerikanın şəhər və ya ştatlarından biri deyildir ki, onun haqqında istədiyi hər hansı qərarı verə bilsin. Təəsüflər olsun ki, yüz il öncə ingilislər Fələstini sionistlərə hədiyyə ediblər. İndi də ABŞ prezidenti də Qüdsü Netanyahuya hədiyyə etmək istəyir.
Başqa bir etirazçı deyib: Sionistlər Avropa ölkələrindən Fələstinə gəliblər, ölkəmizi 70 il işğal etməklə Fələstin xalqı əleyhinə saysız cinayətlər törətmişlər. Amerikalılar bütün bu illərdə bu cinayətlərə heç bir etiraz etməmiş və etmir, üstəlik İsrail rejimini tam şəkildə dəstəkləyirlər.
Etirazçılar ABŞ hökumətinin işğal olunmuş Qüds haqda qərarını cinayətkar hərəkət və BMT qətnamələri və beynəlxalq qanunların pozulması adlandırıblar.