Təhlükəsizlik Şurası Trampın qərarının ləğvini araşdırır
Dek 17, 2017 09:45 Asia/Baku
Röyters ötən gecə bildirib: BMT Təhlükəsizlik Şurası bir qətnamənin ilkin mətnini araşdırmaqdadır. Bu qətnaməyə əsasən Qüds şəhərinin statusu haqda hər hansı qərar qanuni deyil və ləğv olunmalıdır.
Röytersin adlarını açıqlamadığı diplomatların dediklərinə görə, bu qətnamə haqda səsvermə ehtimal üzrə cari həftənin bazar ertəsi və ya çərşənbə axşamı günü keçiriləcək.
Təhlükəsizlik Şurası üzvləri arasında bu qətnaməni dəstəkləyən tərəflər çox olsa da, Vaşinqtonun ona veto tətbiq etməsi ehtimalı vardır.
Bu qətnamənin ilkin mətnində bildirilir: Müqəddəs Qüds şəhərinin kimliyi, statusu və ya əhali tərkibinin dəyişilməsi haqda hər hansı qərar olarsa, hüquqiliyi yoxdur və BMT-nin əlaqədar qətnamələrinə əsasən ləğv olunmalıdır.