Tramp: ABŞ-ın hazırkı miqrant qanunu ölkə üçün təhdiddir
https://azeri.sahartv.ir/news/dünya-i289493-tramp_abŞ_ın_hazırkı_miqrant_qanunu_ölkə_üçün_təhdiddir
ABŞ prezidenti öz anti-miqran siyasətlərinin davamında hazırkı miqrasiya prosesinin bu ölkənin milli təhlükəsizliyi üçün hədə olduğunu bildirərək Konqresdən ABŞ-ın miqrasiyas sistemini islah etməsini istəyib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 17, 2017 06:16 Asia/Baku
  • Tramp: ABŞ-ın hazırkı miqrant qanunu ölkə üçün təhdiddir
    Tramp: ABŞ-ın hazırkı miqrant qanunu ölkə üçün təhdiddir

ABŞ prezidenti öz anti-miqran siyasətlərinin davamında hazırkı miqrasiya prosesinin bu ölkənin milli təhlükəsizliyi üçün hədə olduğunu bildirərək Konqresdən ABŞ-ın miqrasiyas sistemini islah etməsini istəyib.

İRNA-nın məlumatına görə, Donald Tramp şənbə günü iddia edib ki, ABŞ-a hazırkı miqrant axını bu ölkə hökumətinin həddindən artıq xərcə düşməsinə səbəb olub. 

Tramp seçkiqabağı kampaniyalardakı şüarlarından olan ABŞ-ın miqrasiya siyasətlərinin dəyişilməsini həmişə vurğulayır. 

ABŞ-da böyük qalmaqala səbəb olan onun bir qərarı da 6 müsəlman ölkəsindən Birləşmiş Ştatlara səfər etməsini qadağan edir. 

Uşaqlıq yaşlarında ABŞ-a gəlmiş 800 min nəfəri dəstəkləyən Dakka adlı qanunu da Tramp ləğv etmişdir.