İndoneziyada ABŞ məhsullarına boykot üzrə yürüşlər davam edir
Dek 17, 2017 13:36 Asia/Baku
Minlərlə İndoneziya vətəndaşı ABŞ məhsullarının boykot edilməsini vurğulayıb.
Associated Pressin Cakartadan verdiyi məlumata görə, təxminən 80 min indoneziyalı bazar günü ardıcıl 10-cu gün olaraq ABŞ hökumətinin Qüdsü sionist rejimin paytaxtı elan etməsinə dair qərarını tənqid etməklə yanaşı Vaşinqtonun repressiv siyasətlərinə öz nifrətlərini bildirib.
Cakarta Polisinin sözçüsü bildirib: Etirazçılar əllərində plakatlar tutaraq Fəlsətin xalqına dəstək şüarları ilə Milli Muzey parkından ABŞ səfirliyinə doğru təxminən üç kilometr məsafəni qət ediblər.