Moskvanın ifşası; ABŞ Suriyada yeni terrorçular cəlb edir
https://azeri.sahartv.ir/news/dünya-i289573-moskvanın_ifşası_abŞ_suriyada_yeni_terrorçular_cəlb_edir
Rusiyanın bir rəsmisi deyib: Suriya əleyhinə öncəki planlarında məğlubiyyətə uğrayan ABŞ Suriya hökumətini devirmək üçün yeni planı terrorçuları yenidən cəlb etməklə icra edir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 17, 2017 17:58 Asia/Baku
  • Moskvanın ifşası; ABŞ Suriyada yeni terrorçular cəlb edir

Rusiyanın bir rəsmisi deyib: Suriya əleyhinə öncəki planlarında məğlubiyyətə uğrayan ABŞ Suriya hökumətini devirmək üçün yeni planı terrorçuları yenidən cəlb etməklə icra edir.

Vahid Rusiya hakim partiyasının Ali Şurasının üzvü Veronika Kraşeninkova bazar günü Moskvada İRNA müxbirinə müsahibədə deyib: ABŞ 2000-ci illərin əvvəlindən Bəşşar Əsədin başçılıq etdiyi Suriyanın qanuni hökumətini devirməyi məqsəd seçib və bu məqsədə çatmaq üçün bu ölkədə rəngli inqilab planını icra edir. 

ABŞ Suriya hökuməti əleyhinə terrorçulardan istifadə edib. Lakin səylərinə baxmayaraq, nailiyyət əldə edə bilməyib. 

Kraşeninkova deyib: Qarşısında Suriya ordusu Rusiya və İranın köməyi ilə qərbin dəstəklədiyi terrorçular əleyhinə böyük qələbələri əldə etmişdir.