Dek 19, 2017 09:17 Asia/Baku
  • Amerika
    Amerika "Qüds" qətnaməsinə veto qoydu

Birləşmiş Millətlər Təşkilatının Təhülkəsizlik Şurasının 14 üzvünün Misirin Qüds barədə təklif etdiyi qətnaməyə müsbət səs verməsinə rəğmən Amerika bu qətnaməyə veto qoyub.

Bu qətnamənin ilkin mətnində deyilir: Qüds şəhərinin mentalitetini, durumunu və əhalisinin tərkibini dəyişmək məqsədi ilə həyata keçirilən hərhansı təşəbbüsün hüququ təsiri yoxdur və BMT-nin müvafiz qətnamələri əsasında ləğv edilməlidir. 

İlkin mətndə həmçinin bütün ölkələri Təhlükəsizlik Şurasının 478 saylı qətnaməsinə əsasən Qüds şəhərində ( diplomatik nümayəndəlik, səfirlik və konsulluq yaratmaqdan çəkinməyə, Təhülkəsizlik Şurasının qətnamələrinə sadiq qalaraq onlara qarşı heç bir təşəbbüs həyata keçirməməyə çağırır. 

Misir bu qətnamənin ilkin mətnini şənbə günü BMT TŞ-nin 15 üzvü arasında yaymışdı. BMT TŞ-də dünən gecə bu barədə iclas keçirdi. 

BMT TŞ-nin ABŞ-dan başqa 14 üzvü öncə də Amerikanı TŞ-nin Qüds barədə qətnamələrinə hörmətlə yanaşmağa çağırmışdılar. 

ABŞ prezidenti Donald Tramp geniş regional və veynəlxalq etirazlara rəğmən dekabrın 6-da bildirdi ki, Vaşinqton Qüdsü sionist rejimin paytaxtı kimi tanıyır.

Teqlər