Dek 22, 2017 13:46 Asia/Baku
  • Trampın siyasətləri uşaqcasınadır
    Trampın siyasətləri uşaqcasınadır

"Şəfəqna" Yaxın Şərq Araşdırmalar İnstitutunun direktoru Trampın Qüdslə bağlı siyasətlərinin uşaqcasına olduğunu deyib.

PressTV-nin verdiyi məlumata görə, Katrin Şekom deyib: ABŞ prezidentinin Qüdsü İsrailin paytaxtı olaraq tanımaq üzrə hərəkəti tam bir rüsvayçılıq və qəbuledilməz hərəkətdir. Əslində Amerika bu hərəkət ilə Fələstinlilərin bütün haqlarını görməməzliyə vurmuş oldu. Dünya ictimaiyyətinin Trampın bu hərəkətinə reaksiyası göstərdi ki, dünya İsrailin Qüdsü öz paytaxtı elan etmək haqqına malik olmadığına inanır. Təəssüflər olsun ki, ABŞ prezidenti bunu dərk etmir və onun siyasəti uşaq bağçası səviyyəsində olan uşaqcasına bir rəftardır. 

Teqlər