Trampın siyasətləri ABŞ-ın təklənməsinə səbəb olub
-
Trampın siyasətləri ABŞ-ın təklənməsinə səbəb olub
ABŞ Dövlət Departamentinin sabiq sözçüsü Con Korbi CNN telekanalına verdiyi müsahibədə deyib: Trampın siyasətləri ABŞ-ın təklənməsinə səbəb olub.
Korbi CNN telekanalının aparıcısının "Dünyada bir çoxları üçün bu addım Amerikanın dünya üçün gözdağı və həyasızlıq dərsi olaraq qəbul edildi. Bu addım ABŞ üçün nə dərəcədə mənfi nəticələrə səbəb ola bilər? BMT bu məsələdən nə qədər təsirlənə bilər?" sualının cavabında deyib: Qənaətimə görə ABŞ yenə də uduzan tərəfdir. Amerika dünyadakı nüfuzunu itirmiş olub. Hazırkı dövlətin siyasətlərinə görə, ABŞ dünyada daha da təklənib. Tam açıq deyirəm, İsraillilər də uduzublar. Bu addım, Yaxın Şərq sülh prosesində geriyə addım idi. Bu məsələ sülhə gedən yolun uzanmasına və daha da çətinləşməsinə səbəb olub. Bu hərəkət həmçinin, iqtisadi, siyasi və hərbi baxımdan dünyanın super gücü olan bir ölkə üçün digər ölkələri onun istəyinə qarşı gələcəkləri təqdirdə intiqam alacağı ilə təhdid etməsi çox cılız və alçaq bir addım idi.