Bir xeyriyyəçi qrup İngiltərədə evsizlərin sayı barədə nigarançılıq edib
https://azeri.sahartv.ir/news/dünya-i290227-bir_xeyriyyəçi_qrup_İngiltərədə_evsizlərin_sayı_barədə_nigarançılıq_edib
İngiltərədə bir xeyriyyəçi qrup bu ölkə boyu evsiz şəxslərin yüksək sayı barədə nigarançılıq edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 25, 2017 10:04 Asia/Baku
  • Bir xeyriyyəçi qrup İngiltərədə evsizlərin sayı barədə nigarançılıq edib
    Bir xeyriyyəçi qrup İngiltərədə evsizlərin sayı barədə nigarançılıq edib

İngiltərədə bir xeyriyyəçi qrup bu ölkə boyu evsiz şəxslərin yüksək sayı barədə nigarançılıq edib.

"Evsizlik böhranı" adlı xeyriyyəçi qrup bildirib ki, İngiltərə xalqından 9100 nəfərdən yuxarı insan münasib sığınacağa malik deyil. 

Bu qrupun müdiri Con Sparks deyib: Evsiz şəxslərin sayının artmasının dəlillərindən biri, evləri icarə verməyə ümumi marağın azalmasıdır, amma ailəvi bağlılıqların zəifləməsi kimi daha mühüm amillər də bu sahədə təsirlidirlər. Bu orqanın proqnozuna görə, qarşıdakı on ildə həmin ölkədə evsizlərin sayı otuz faizlik artımla üzləşəcəkdir. Bu xeyriyyəçi qrup İngiltərə dövlətindən istəyibdir ki, bu böhranın həlli üçün əlindən gələni əsirgəməsin.

"Evsizlik böhranı" adlı xeyriyyəçi qrup xəbərdarlıq edibdir ki, evsiz şəxslərin zorakılıq qurbanı olmaları ehtimalı adi vətəndaşlarla müqayisədə on yeddi dəfə çoxdur.