London meri Trampın Britaniyaya səfərinə qarşıdır
London meri ABŞ prezidentinin Britaniya paytaxtına səfərinə qarşı olduğunu bildirib.
İSNA-nın verdiyi məlumata görə, London meri Sadıq xan bu gün deyib: Britaniya baş naziri Tereza Meyə müraciət edərək ABŞ prezidenti Donald Trampın Londona rəsmi səfərini ləğv etməsini istəyib.
Sadıq xan deyib: Trampın Britaniyada bir ifratçı qrupa dəstək tvittindən sonra tam bəlli oldu ki, Londonda o qarşılanmayacaq.
Londom meri bu sözləri London şəhərinin Trampın səfərinə hazır olub-olmaması barədə London şəhər şurasının ona verdiyi suala cavabda söyləyib.
Trampın öz Tvitter səhifəsində " Öncə Britaniya" adlı ifratçı sağçı qrupun anti-islam videolarını yayması Britaniyada geniş narazılıqlara səbəb olub və bunun ardınca bu ölkənini bir çox yüksək səviyyəli siyasətçiləri Trampın London səfərinin ləğv edilməsinə çağırıblar.
Öncə Britaniya adlı ifratçı və rasist qrup virtual fəzada müsəlmanlara qarşı mənfi təbliğatdan əlavə məscidlər qarşısında müsəlmanlara qarşı etiraz aksiyaları keçirmək keçmişinə də malikdir.
Tereza Mey Trampın bu hərəkətini səhv adlandırdı amma Trampın səfərini ləğv etməkdən çəkindi.
ABŞ prezidentinin 2018-ci il fevral ayında Londona səfər edəcəyi gözlənilir.