Şimali Koreyada hərbi təchizatların daşınması ABŞ-ı nigaran edib
Amerikada kəşfiyyat mənbələri Şimali Koreyada ağır hərbi texnikanın yerdəyişməsindən xəbər veriblər.
Həmin mənbələr CNN-ə bildiriblər ki, Ş.Koreyanın bir daha ağır hərbi texnikanın yerini dəyişməsinə dəlalət edən əlamətlər var. Hələ bu əməliyyatda məqsədin nə olduğu bəlli deyil. Bu əməliyyatdan məqsəd növbəti ballestik raketin sınaqdan keçirilməsidir yoxsa Pxenyanın kosmosa peyk göndərməyə hazırlığı?
Hər halda süni peyk vasitəsi ilə əldə olunan təsvirlər diqqətlə analiz edilir. Bu əməliyyat çox həssas bir zamana təsüdüf edir ona görə ki, bir neçə həftədən sonra Cənubi Koreyada qış alimpiya yarışlarına start veriləcək və ABŞ ordusu bildirib ki, regiondakı həssas şəraiti nəzərə alaraq gələcək hərbi təlimlər barədə hələlik çox xöhbət etmək istəmir və Amerika ilə Cənubi Koreyanın növbəti müştərək hərbi təlimləri barədə məlumat vermək niyyətində deyil.