İslami Radio və Televiziya Birliyi Kabildəki terror hücumunu pisləyib
https://azeri.sahartv.ir/news/dünya-i290597-İslami_radio_və_televiziya_birliyi_kabildəki_terror_hücumunu_pisləyib
İslami Radio və Televiziya Birliyi dünən gecə bir bəyanatda Kabildə Əfqanıstanın səsi xəbər agentliyinin ofisi və bir mədəniyyət mərkəzinə qarşı terror hücumunu pisləyib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 29, 2017 06:32 Asia/Baku
  • İslami Radio və Televiziya Birliyi Kabildəki terror hücumunu pisləyib
    İslami Radio və Televiziya Birliyi Kabildəki terror hücumunu pisləyib

İslami Radio və Televiziya Birliyi dünən gecə bir bəyanatda Kabildə Əfqanıstanın səsi xəbər agentliyinin ofisi və bir mədəniyyət mərkəzinə qarşı terror hücumunu pisləyib.

Dünən səhər Kabilin qərbində Əfqanıstanın səsi xəbər agentliyində və Tebyan elmi-tədqiqat mərkəzində üç ardıcıl partlayış nəticəsində 41 nəfər ölüb, 84 nəfər isə yarlanıbdır. İŞİD terror qrupu bu partlayışların məsuliyyətini üzərinə götürüb.

İslami Radio və Televiziya Birliyi bu bəyanatda vurğulayıb: Əsl həqiqəti ötürməyi öz əxlaqi və şəri vəzifəsi bilən Əfqanıstanın səsi xəbər agentliyi və Tebyan elmi-tədqiqat mərkəzinə qarşı eyni vaxtda üç terror hücumu bir daha media və söz azadlığı və azadəliyin düşmənlərinin insanlığa zidd simasından nüqabı götürdü.