Yan 01, 2018 12:12 Asia/Baku
  • Nəngərhar terror hücumunun tələfatı artıb
    Nəngərhar terror hücumunun tələfatı artıb

Əfqanıstanın Nəngərhar valisinin sözçüsü dünən gecə bu vilayətdəki bir dəfn mərasiminə qarşı kamikadze hücumu tələfatının sayının 18 nəfərə, yaralıların sayının isə 13 nəfərə çatmasından xəbər verib.

Bir kamikadze dünən axşam özünü Nəngərhar vilayətinin "Həsəkə Minə" rayonunun keçmiş icra başçısı Gül Vəlinin dəfn mərasimində iştirak edənlər arasında partladıb.

Yerli mənbələr bundan öncə bu terror hücumunun tələfatını on beş nəfər elan etmişdilər.

Əfqanıstanın müxtəlif məntəqələri son aylarda terror hücum və partlayışlarının artmasının şahidi olublar.

Əfqanıstanda əmin-amansızlıqların artması bu ölkə xalqının etirazına səbəb olubdur.

İŞİD və Taliban terror qrupları indiyədək Əfqanıstanın müxtəlif məntəqələrindəki hücum və partlayışların məsuliyyətini öz üzərlərinə götürüblər.

Əfqanıstanda terror qruplarının fəaliyyəti və əmin-amansızlıqların artması elə bir haldadır ki, Amerika və onun müttəfiqləri Əfqanıstanda təhlükəsizliyi təmin və terrorizmlə mübarizə etmək bəhanəsilə 2011-ci ildən bəri bu ölkədə iştirak edirlər.

Teqlər