Navalnıy öz himayədarlarından Rusiya seçkilərini boykot etmələrini istəyib
Rusiya dövlətinin müxalifi Aleksey Navalnıy Rusiya prezident seçkilərinin boykot edilməsini istəyib.
Rusiya ali məhkəməsi tərəfindən bu ölkənin 2018-ci il prezident seçkilərində iştirak etməkdən məhrum edilmiş Rusiya prezidenti Vladimir Putinin əsas rəqibi Aleksey Navalnıy bildirib ki, mübarizədən əl çəkmək istəmir və Avropa insan haqları məhkəməsinə şikayət edəcəkdir.
Navalnıyın vəkili Aleksandr Pomazoyev isə deyib: Rusiya prezident seçkilərinin boykot edilməsi tamamilə qanunidir və heç bir qanun yoxdur ki, seçkilərdə iştirakın qarşısını almaq üzrə səyi qadağan etmiş olsun.
Kreml bildiribdir ki, seçkiləri boykot etməyə çağırışın qanunun ziddinə olub-olmaması məsələsini araşdıracaq.
Rəy sorğularına əsasən, reytinqi səksən faiz olan Vladimir Putin dördüncü dəfə seçkilərdə qalib gəlmək üçün daha artıq şansa malikdir.