2017-ci ildə 65 jurnalist həlak olub
Yan 02, 2018 11:26 Asia/Baku
-
2017-ci ildə 65 jurnalist həlak olub
2017-ci ildə dünyada 65 jurnalist toqquşmalar və müharibələr barədə reallıqları xalqların diqqətinə çatırarkən həlak olublar.
Əl-Qüdsül-Ərəbi qəzeti bir reportajda yazır: Jurnalistlərin həbsi sahəsində isə ərəb ölkələrində Misir birinci yeri tutur , Suriya və Yəmən isə jurnalistlərin fəaliyyəti üçün ən təhlükəli ölkələr sırasındadır.
Sərhədsiz Reportyorlar Təşkilatının hesabatında deyilir: 2017-ci ildə həlak olan peşəkar jurnalistlərin sayı ötən bir neçə ildəki ilə müqayisədə azalıb və bunun səbəbi jurnalistlərin əlavə dəstəyə malik olması və təhlükəli ölkələrdən müxbirlərin çıxarılması ilə əlaqədardır.
2016-cı ildə Suriya müxbirlər üçün dünyanın ən təhlükəli ölkəsi idi və həmən ildə bu ölkədə 12 jurnalist həlak oldu.