Yan 02, 2018 11:27 Asia/Baku
  • Rusiya: İranda xarici müdaxilə qəbulolumazdır

Rusiyanın Xarici İşlər Nazirliyi dünən Amerikanın və bəzi müttəfiqləri o sıradan sionist rejimin İran şəhərlərindəki son iğtişaşlarına münasibətləri barədə bir bəyanat verərək İranda xarici müdaxiləni pisləyib və onu qəbuledilməz adlandırıb.

İran İslam Respublikası prezidenti də dünən İranın İslami Şura Məclisinin komissiyalarının rəhbərləri ilə görüşündə İranın əldə etdiyi uğurların düşmənlərin gözündə ox olduğunu və Amerika və sionist rejim üçün dözülməz olduğunu bildirərək deyib: İran düşmənləri həmişə İran xalqından intiqam ülmaq üçün fürsət ardınca olublar. 

Həsən Ruhani iqtisadi cəhətdə ölkədə inkaredilməz problemlərin olduğunu bildirərək deyib: İran xalqı səbirlə bu problemləri arxada qoyacaq və inqilabın dəyərlərini və müqəddəsləri təhqir edən, dövlət əmlakını dağıdan iğtişaşçılara layiqli cavabı verəcəkdir. 

Teqlər