Təhlükəsizlik Şurası ABŞ-ın İran haqda müdaxiləçi istəyinə "yox" dedi
Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının dövrü sədri İran haqda fövqəladə iclasın keçirilməsinə dair ABŞ nümayəndəsinin müraciətini rədd edib və bu iclasın keçirilməsinə ehtiyacın olmadığını bildirib.
Təsnim Xəbər Agentliyinin məlumatına görə, yanvar ayında Təhlükəsizlik Şurasına Qazaxıstan rəhbərlik edir. Bu ölkənin BMT-dəki daimi nümayəndəsi Kairat Umarov bildirib: Bu şura İranda küçə iğtişaşları haqda iclas keçirmək niyyətində deyil.
Umarov əlavə edib: Təhlükəsizlik Şurası bütün üzvlərin razı olduğu mövzu haqda araşdırmaya daxil olacaq. Lakin İran haqda sadəcə ABŞ iclasın keçirilməsini istəyib.
ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Niki Heili bu ölkənin İranın daxili məsələlərində müdaxiləçi hərəkətlərinin davamında çərşənbə axşamı günü Vaşinqtonun İran haqda BMT Təhlükəsizlik Şurasının iclas keçirməsini istədiyini bildirmişdi.
Ötən həftə cümə axşamı günündən İranın bir neçə şəhərində bəzi sakinlər aksiyalar keçirməklə və şüarlar verməklə maliyyə müəssisələrinin iflasa uğrayanlarının vəziyyətinin müəyyənləşməməsi, bəzi məhsulların bahalaşması və hökumətin nəzarətinin zəifliyinə etiraz ediblər. Lakin ABŞ və qərbin dəstəklədiyi iğtişaşçılar və təxribatçılar vətəndaşların dinc etirazlarını iğtişaşlara sürükləyiblər.
İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahülüzma Xamenei çərşənbə axşamı günü son hadisələr və düşmənlərin islam quruluşuna zərbə vurmaq üzrə planlarına toxunaraq əlavə ediblər: İran düşmənləri həmişə xalq zərbə vurmaq, qarşıdurma yaratmaq üçün fürsət axtarırlar.