Yan 04, 2018 10:10 Asia/Baku
  • Xoşru: ABŞ İranın daxili məsələlərinə müdaxilə edir
    Xoşru: ABŞ İranın daxili məsələlərinə müdaxilə edir

İran İslam Respublikasının BMT-dəki daimi nümayəndəsi çərşənbə günü bu təşkilatın baş katibi və Təhlükəsizlik Şurasının sədrinə ünvanladığı məktubda ABŞ-ın İranın daxili məsələlərində müdaxilə etməsi və iğtişaşçıların təxribatçı hərəkətlərini dəstəkləməsinə etiraz edib.

İRNA-nın məlumatına görə, Qulaməli Xoşru bu məktubda ABŞ prezidenti Donald Tramp və onun müavini Mayk Pensin son günlərdə Twitterdə dəfələrlə iranlıları təxribatçı hərəkətlərə təhrik etdiyinə toxunaraq bildirib: ABŞ rəsmilərinin açıq-aşkar müdaxiləçi hərəkətləri beynəxlalq hüquq, BMT-nin prinsipləri və məqsədlərinə ziddiyyətdədir. 

İranın BMT-dəki daimi nümayəndəsi ABŞ-ın həmişə İranın mədəni, ictimai və siyasi həyatının normal prosesinə zərbə vurmaq ardınca olduğunu bildirərək xatırladıb: ABŞ-ın nüvə anlaşması qarşılığında İran əleyhinə qeyri-qanuni sanksiyaları tətbiq etmək vasitəsi ilə öz öhdəliklərini yerinə yetirməməsi, həmçinin İran vətəndaşlarının ABŞ ərazisinə daxil olmasının qarşısını alması Birləşmiş Ştatların İranın böyük xalqına qarşı düşmənçilik hərəkətinin sadəcə bir hissəsidir. 

Xoşru bildirib: İran bütün ölkələrin belə təhlükəli siyasətlər və sözləri pisləməsini və ABŞ-dan BMT əsasnaməsinin prinsipləri və beynəlxalq hüquqa sadiq qalmasını istəmələrini gözləyir. 

Teqlər