Trampdan amerikalı yazara Tvitter hücumu
ABŞ prezidenti "Qəzəb və Atəş; Tramp Ağ Evinin İç üzü" adlı kitabın müəllifini yalançılıqda ittiham edib.
Sputnik informasiya agentliyinin verdiyi məlumata görə, Donald Tramp Amerikalı jurnalist və yazar Maykl Volfun qələmə aldığı "Trampın Ağ Evində Atəş və Qəzəb" kitabının nəşrindən bir gün sonra öz Tvitter səhifəsində paylaşdığı yazıda prezidentliyinin birinci ilinə həsr olunmuş kitabın yalan və əsassız informasiyalarla dolu olduğunu iddia edib.
ABŞ prezidenti kitabın müəllifini onunla heç vaxt söhbət etməməkdə ittiham edib.
Ötən günlərdə medialar Maykl Volfun qələmə aldığı kitabın bəzi bölmələrini nəşr ediblər. Bu kitabda deyilir: Tramp ümumiyyətlə mütaliə əhli deyil və bir uşaq kimi rəftar edir.
Kİtabda yer alan məlumatlara görə, Ağ Evin sabiq strateqi Stefan Banon da Trampın prezidentliyə layiq bir şəxs olmasını şübhə altına alaraq, Trampa yaxın adamların 2016-cı il prezident seçkiləri dövründə ruslar ilə məxfi əlaqələrə malik olmasını ölkəyə xəyanət adlandırıb.