Yan 05, 2018 21:29 Asia/Baku
  • Saakaşvili 3 il həbsə məhkum edildi

Tiflis şəhər məhkəməsi Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili barəsində qiyabi şəkildə 3 il həbs qərarı çıxardıb.

İRNA-nın məlumatına görə, Tiflis məhkəməsinin hakimi Georgi Arvadze ötən gün Tiflis banklarından birinin işçisiolan Sandro Girqulyaninin qətli ilə bağlı cinayət işiində hazırda Ukraynada yaşayan  keçmiş prezident Mixail Saakaşvilini müqəssir hesab edərək, barəsində 3 il həbs qərarı çıxardıb. 

Sandro Girqulyani 2006-cı ildə Saakaşvilinin prezidentliyi dövründə qətlə yetirilib. O zaman Girqulyaninin qətli siyasi qalmaqala səbəb olmuşdu. 

Tiflis banklarından birinin işçisi olan Girqulyaninin qətli ilə əlaqədar Gürcüstanın Daxili İşlər Nazirliyinin bir neçə əməkdaşı məsuliyyətə cəlb edilsə də, insan haqları müdafiəçiləri və öldürülən şəxsin yaxınları Daxili İşlər Nazirliyinin yüksək səviyyəli rəsmilərinin bu cinayət işinin arxasında dayandıqlarını iddia edirlər. 

Tiflis şəhər məhkəməsi tərəfindən baxılan cinayət işinə əsasən, o zaman prezident olmuş Saakaşvili Amnistiya Dövlət Komitəsinin qərarını nəzərə almadan, Sandro Girqulyanini qətlə yetirmiş şəxsləri əfv edib. 

Saakaşvili Tiflis şəhər məhkəməsinin qərarını qeyri qanuni və beynəlxalq qanunlara zidd adlandırıb.  

Teqlər