Gürcüstanın sabiq prezidenti üçün üç il həbs cəzası
Tiflis şəhər məhkəməsi Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilini üç il həbsə məhkum edib.
Tiflis şəhər məhkəməsinin hakimi Georgi Arvadze dünən, hazırda Ukraynada olan Saakaşvilini Tiflisdəki bir bankın işçisi olan Sandro Girqulyaninin qətli işi ilə bağlı müttəhim sayıbdır.
Tiflis banklarından birinin işçisi olan Sandro Girqulyani 2006-cı ildə Saakaşvilinin prezidentliyi dövründə öldürüldü ki, onun qətli o zaman Gürcüstanda siyasi qalmaqala səbəb oldu.
Bu bank işçinin qətlində hərçənd Gürcüstan daxili işlər nazirliyinin bir neçə zabiti müttəhim sayıldı, lakin bu ölkədəki insan haqlarını müdafiə qrupları və qətlə yetirilənin yaxınları daxili işlər nazirliyinin yüksək vəzifəli rəsmilərinin bu hadisədə əllərinin olduğunu iddia etdilər.
Tifliş şəhər məhkəməsi tərəfindən baxılmış işə əsasən, Saakaşvili o dövrdə dövlət əfv komissiyasının mövqeyini nəzərə almadan Sandro Girqulyaninin qətli amillərini əfv etmişdi.
Belə bir halda, Saakaşvili Tifliş şəhər məhkəməsinin onun iştirakı olmadan çıxardığı hökmü qanunsuz və beynəlxalq qanunlarla təzadlı adlandırıbdır.