Tramp haqdakı qalmaqallı kitabın müəllifinin demədiyi sözlər
https://azeri.sahartv.ir/news/dünya-i291377-tramp_haqdakı_qalmaqallı_kitabın_müəllifinin_demədiyi_sözlər
"Alov və qəzəb: Trampın Ağ Evinin içərisi" adlı qalmaqallı kitabın müəllifi bir amerikan media ilə müsahibədə deyib ki, ABŞ prezidenti bu səviyyədə bir rəsmi deyil, bəlkə bir uşaqdır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 06, 2018 08:36 Asia/Baku
  • Tramp haqdakı qalmaqallı kitabın müəllifinin demədiyi sözlər
    Tramp haqdakı qalmaqallı kitabın müəllifinin demədiyi sözlər

"Alov və qəzəb: Trampın Ağ Evinin içərisi" adlı qalmaqallı kitabın müəllifi bir amerikan media ilə müsahibədə deyib ki, ABŞ prezidenti bu səviyyədə bir rəsmi deyil, bəlkə bir uşaqdır.

Donald Trampın prezidentliyinin birinci ili barədə yazılmış "Alov və qəzəb: Trampın Ağ Evinin içərisi" adlı qalmaqallı kitabın müəllifi Maykl Volf En-Bi-Si telekanalı ilə müsahibədə deyib: Ağ Evin başçıları hətta bu kitabı oxumazdan öncə belə, onun nəşrinin dayandırılması barədə məktub göndərmişdilər, lakin bu hərəkətlər bu kitabın reytinqinə böyük köməklik etdilər.

Volf əlavə edib ki, Tramp bu hərəkətlə nəinki ona öz kitabının satışında kömək etdi, həm də səbəb oldu ki, bu kitabın əsas cəhəti sübuta yetmiş olsun və o da məhz Amerikanın bu prezidentinin uşaq olmasıdır.

Volf sonra deyib: Amerika prezidenti bir kəsdir ki, heç bir mətləbi oxumur və heç bir çıxışa qulaq asmır; o, o tərəf-bu tərəfə vurulan top kimi bir şeydir.