Tramp Şimali Koreya rəhbəri ilə telefon əlaqəsi saxlamaq istəyir
ABŞ prezidenti Donald Tramp Şimali Koreya rəhbəri Kim Çen İn ilə telefon əlaqəsi saxlamaq istədiyini deyərək, Şimali və Cənubi Koreya arasındakı müzakirələrin müsbət nəticə ilə sonlanacağına ümidvar olduğunu deyib.
Şimali Koreya cümə günü Cənubi Koreya ilə rəsmi müzakirələrin aparılması ilə razılaşdığını elan edib. İki Koreya arasındakı bu müzəkirələr iki illik fasilədən sonra ilk rəsmi müzakirələr olacaq.
Pxenyan ABŞ və Cənubi Koreyanın birgə hərbi təlimlərini təxirə salmalarının ardınca Seulun müzakirə təklifinə müsbət cavab verib.
İRİB-nin verdiyi məlumata görə, Donald Tramp şənbə günü Merilənd Ştatında, Kemp Deyviddə jurnalistlər qarşısına çıxaraq, Şimali Koreya rəhbəri Kim Çen İn ilə danışıqlar aparmaq istədiyiin amma, belə bir danışığın ön şərt olmadan mümkün olmadığını deyib.
Donald Tramp və Kim Çen İn Amerikada Trampın iqtidara gəldiyi zamandan bəri bir-birilərinə qarşı kəskin ifadələrdən istifadə edərək, söz müharibəsinə başlayıblar.