ABŞ Suriyada ərəb qəbilələrini Türkiyəyə qarşı yönəldir
-
ABŞ Suriyada ərəb qəbilələrini Türkiyəyə qarşı yönəldir
Tükiyədə çıxan Yeni Şafak qəzeti yazır: Amerika Suriyanın şimanlında yaşayan köçəri ərəb tayfalarını Türkiyə ordusuna qarşı yönəldir.
Amerika və Avropa rəsmiləri Türkiyə ordusunun Fərat Qalxanı əməliyyatını həyata keçirdiyi Suriyanın şimal bölgələrində yaşayan köçəri tayfaların başçıları ilə görüşlərdə onlara Türkiyəyə qarşı vahid cəbhə təşkil etməyi tövsiyə edirlər.
Bu bölgələrdə tayfaların birləşməsi layihəsi yerli təşkilatçılıq və tayfalar arasında dialoq adı altında həyata keçir. Bu layihənin icra mərkəzi isə Savran qəsəbəsidir.
Bu məlumata görə, Türkiyə ordusu və "Suriya azad ordusu"nun birgə əməliyyatları nəticəsində terrorçulardan təmizlənmiş ərazilərdə tayfa başçıları qərb cəmiyyət və fondları tərəfindən nəzarətə alınıb və Amerika və avropalı rəsmilərlə tayfa başçıları arasında Türkiyənin Şanlı Urfa, Kilis və Qaziantep şəhərlərində görüşlər də təşkil olunub.
Bu tayfaların başçılarına kifayət qədər qüvvə toplaya bilərlərsə, Türkiyə qüvvələrini öz ərazilərindən qovmaları üçün Amerikanın onlara silah verəcəyi vəd edilib.