Kiprin türk hissəsində hakim partiya qələbə çaılb
Yan 08, 2018 16:32 Asia/Baku
Şimali Kiprdə keçirilən seçkilərdə Xalq Birlik Partiyası qələbə qazanıb.
TRT-nin internet portalının verdiyi məlumata görə, Dünən Şimali Kiprdə keçiriən seçkilərdə səslərin altmış faizi sayılıb və hazırkı baş nazir Hüseyn Özgürgünün başçılıq etdiyi Xalq Birlik Partiyası səslərin 36.5 faizini əldə edib.
Bu məlumata görə, Türk Respublikaçı Partiyası, Xalq Partiyası, Demokarat Partiyası, Sosial Demokrat Partiyası və Yeni Doğuş Partiyası növbəti sıralarda durublar.
İlkin nəticələr elan edildikdən sonra Xalq Birlik Partiyasının tərəfdarları bu partiyanın qərargahı qarşısına toplaşaraq şənlik keçiriblər.
Şimali Kipr Türk Respublikası sülh müzakirələrinin məğlubiyyətindən bir il sonra dünən vaxtından əvvəl parlament seçkiləri keçirib.