Yan 09, 2018 09:53 Asia/Baku
  • İngiltərədə
    İngiltərədə "Avstraliya qripi" epidemiyası

Cənubi və Şimali Koreyanın müzakirə heyətlərinin iki ölkə sərhədində yerləşən və "atəşkəs kəndi" adlandırılan Panmuncon kəndinə daxil olmaları ilə, iki tərəfin rəsmi müzakirələri bu gün səhər rəsmən başlanıbdır.

Hərçənd iki Koreyanın dialoqunun ən əsas mehvəri, Cənubi Koreyada keçiriləcək qış olimpiya oyunlarında iştirak üçün Şimali Koreyadan bir heyətin həmin ölkəyə göndərilməsidir, lakin bütün səviyyələrdə gərginliyin azaldılması və digər məsələlər barədə danışıqlar aparmaq bu müzakirələrin başlıca hədəfidir.

Şimali Koreyanın rəhbəri Kim Çen In və Cənubi Koreyanın prezidenti Mun Çje İn bu müzakirələrə video-konfrans vasitəsilə tamaşa edirlər.

Cənubi Koreyanın vəhdət naziri Çu Myunq Quyon danışıqlardan öncə müxbirlərlə müsahibədə belə qeyd edib: Biz böhran səviyyəsinin azalmasını istəyirik. O, qeyd edib ki, iki Koreyanın hərbi əlaqələri, mövcud çəkişmələr, həmçinin 1950-ci ildən 1953-cü ilədək davam etmiş Koreya savaşından sonra ayrılmış ailələrin birləşmələri barədə danışıqlar aparmaq istəyir.

Bu, 2015-ci ilin dekabrından bəri iki Koreya arasında ilk birbaşa müzakirələrdir.

Cənubi Koreyanın rəsmiləri, o sıradan bu ölkənin prezidenti ümid edirlər ki, Şimali Koreyanın qış olimpiya oyunlarına daxil olması ilə, gərginliyin azalması və tərəflərin sülh danışıqları üçün şərait yaranacaqdır. 

Analizlərə əsasən, Şimali Koreyanın qış olimpiya oyunlarına daxil olmaq qarşılığında ona qarşı sanksiyaların bir hissəsinin ləğv edilməsini istəyəcəyi ehtimal olunur.

Teqlər