Kaliforniyada sel və torpaq sürüşməsi qurbanlarının sayı artır
https://azeri.sahartv.ir/news/dünya-i291833-kaliforniyada_sel_və_torpaq_sürüşməsi_qurbanlarının_sayı_artır
ABŞ-ın Kaliforniya Ştatında sel və torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 13 nəfərə çatıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 10, 2018 09:31 Asia/Baku
  • Kaliforniyada sel və torpaq sürüşməsi qurbanlarının sayı artır
    Kaliforniyada sel və torpaq sürüşməsi qurbanlarının sayı artır

ABŞ-ın Kaliforniya Ştatında sel və torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 13 nəfərə çatıb.

Fransa xəbər agentliyinin verdiyi məlumata görə, ABŞ-ın Kaliforniya Ştatında daşqınlar və torpaq sürüşməsi nəticəsində 20 nəfər də yaralanıb. Təbii fəlakət nəticəsində 20 nəfərin də itkin düşdüyü bildirilir.

Bazar ertəsi günündən başlayaraq Kaliforniya Ştatı güclü leysan yağışlarının şahididir.

Sel və torpaq sürüşməsi nəticəsində Kaliforniyada bir neçə şəhər o cümlədən Los Anceles və Ventura şəhərlərində minlərlə nəfərin təhlükəli zonadan çıxarılması barədə göstəriş verilib.

ABŞ-ın cənub ştatşarında isə meşə  yanğınları davam edir.