Amerikalı kinematoqraf: Tramp axmaq və dəlidir
https://azeri.sahartv.ir/news/dünya-i291961-amerikalı_kinematoqraf_tramp_axmaq_və_dəlidir
ABŞ kinosunun tanınmış prodüseri və rejissoru bu ölkə prezidentini axmaq və dəli adlandırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 11, 2018 12:20 Asia/Baku
  • Amerikalı kinematoqraf: Tramp axmaq və dəlidir
    Amerikalı kinematoqraf: Tramp axmaq və dəlidir

ABŞ kinosunun tanınmış prodüseri və rejissoru bu ölkə prezidentini axmaq və dəli adlandırıb.

Hill internet portalının məlumatına görə, Robert De Niro ABŞ prezidenti Donald Trampın medialara ardıcıl hücumlarını tənqid edib və deyib: Tramp medialara təzyiq göstərməklə onları öz mühasirəsində saxlamağa çalışan "işin başında duran uşaq"dır. 

De Niro ABŞ-ın sabiq prezidenti Riçard Niksonun impiçment edilməsi ilə nəticələnən "Watergate" rüsvayçılığına toxunub və əlavə edib: Hazırda da ABŞ ictimaiyyəti və medialar özlərini Trampdan ayırmağa çalışırlar. 

Amerikalı kinematoqraf bundan öncə də Trampı tənqid edərək, onu rasist adlandırmış və bildirmişdi ki, ürəyi onun üzünə yumruq ilişdirməyi istəyir. 

Trampın açıqlamaları və hərəkətləri ABŞ-ın tanınmış şəxsiyyətlərinin tənqidlərinə səbəb olmuşdur.