11 Quantanamo məhbusu Trampdan şikayət edib
-
11 Quantanamo məhbusu Trampdan şikayət edib
On bir müsəlman Quantanamo məhbusu cümə axşamı günü ABŞ prezidenti Donald Trampdan şikayət edib.
Frans-Press-in verdiyi məlumata görə, məhbuslar bildiriblər ki, onların Quantanamoda həbsdə saxlanılmaları qanunsuzdur, çünki onlar yalnız müsəlman olduqları üçün həbs ediliblər.
Onlar həmçinin vurğulayıblar ki, Trampın keçmişdə etdiyi hərəkətlər, o sıradan altı müsəlman ölkəsi üçün anti-immiqrasiya fərmanı verməsi və müsəlmanlara qarşı yönəlmiş Twitter mesajları da onun İslam əleyhdarı olmasından xəbər verir.
Amerika Birləşmiş Ştatlarında Amerika-İslam Əlaqələri Şurasının təsisçisi də son zamanlar vurğulayıbdır ki, Donald Trampın bu ölkədə hakimiyyətə gəlməsi ilə ABŞ-da islam və müsəlmanlara qarşı düşmənçilik geniş miqyas alıbdır.
İbrahim Hooper vurğulayıb ki, Trampın hakimiyyətə gəlməsi ilə Amerikadakı irqçi ağdərililər canlanıblar. O, bildirib ki, ABŞ prezidentinin ifadə və hərəkətləri islamofobiyanı yeni bir mərhələyə daxil edibdir.