Rusiya turistlər üçün daşınan hotellər inşa edir
2018-ci il futbol çempionatına ev sahibliyi istiqamətində Rusiyanın həyata keçirdiyi tədbirlərdən biri də turistlərin yerləşmələri üçün daşınan hotellərin yaradılmasıdır.
PressTv-nin verdiyi məlumata görə, Bu təklifi ilk dəfə yarışların keçiriləcəyi şəhərlərdən biri olan Rusiyanın Tatarıstan Respublikasının paytaxtı Kazan şəhəri irəli surub. Daşınan hotellər əslində yataq otağı, zal, mətbəx və hamam toaletdən ibarət olan suitlərdir. Bu suitlərin işığı üzərindəki günəş batareyaları vasitəsi ilə təmin olunur . Rusiya rəsmilərinin dediklərinə görə, Suitlərin sakinləri istərlərsə onların iqamətgahı yük maşını vasitəsi ilə istənilən məqsədə köçürülə bilər. Rusiya qanunlarına görə bu kimi suitlər ölkənin hər bir yerində ümumi məkanlarda qurula bilər.