Yan 13, 2018 18:12 Asia/Baku
  • Yunanıstanda polis ilə aksiyaçılar arasında qarşıdurma baş verib
    Yunanıstanda polis ilə aksiyaçılar arasında qarşıdurma baş verib

Yunanıstan paytaxtı Afinada hökumətin iqtisadi qənaət siyasətinə qarşı keçirilən aksiya polisin repressiv müdaxiləsi ilə nəticələnib.

Röytersin verdiyi məlumata görə, 20 min insan dünən Afinada etiraz aksiyası keçirib. 

Aksiyaçılar 15 yanvarda parlamentdə qəbul olunacaq islahatlara etiraz edirlər. 

Aksiyaçıların parlament binasina hücum etmək istədikləri vaxt polis müdaxilə edib. 

Yunanıstan dövləti Avropanın bu ölkəyə kredit vermiş maliyyə müəssisələrinin tələblərini nəzərə alaraq iqtisadi qənaət siyasətini gücləndirməklə yanaşı, tətil elan edilməsi və etiraz aksiyalarının keçirilməsi üçün icazə verilməsi barədə bir layihəni parlamentə təqdim edib. 

Teqlər