Yan 13, 2018 19:37 Asia/Baku
  • Yaponiya hərbi gəmiləri müşahidə əməliyyatları həyata keçirirlər
    Yaponiya hərbi gəmiləri müşahidə əməliyyatları həyata keçirirlər

Şimali Koreyaya neft idxalatına mane olmaq üçün ABŞ-ın tələbi ilə Yaponiya hərbi gəmiləri Koreya yarımadasının ətraf sularında müşahidə əməliyyatları həyata keçirirlər.

Kiyodo xəbər agentliyinin verdiyi məlumata görə, Yaponiyanın hərbi rəsmiləri bu gün bildiriblər ki, bu ölkənin dəniz qoşunları Amerikanın istəyini nəzərə alaraq ötən milad ayından bəri Yaponiya dənizi və Koreya yarımadasının ətraf sularında müşahidə əməliyyatları həyata keçirirlər, məqsəd isə Şimali Koreyaya yanacaq və neft məmulatlarının qaçaqmalçılığının qarşısını almaqdan ibarətdir. 

Amerika başqa 16 ölkə ilə birlikdə dünən Şimali Koreyaya hərhansı gəminin yaxınlaşmasına mane olunmasını istəyiblər və BMT-nin bütün üzvlərini Şimali Koreyaya qarşı beynəlxalq sanksiyalara qatılmağa çağırıblar. 

Birləşmiş Millətlər Təşkilatı Şimali Koreyaya qarşı son sanksiyalarında Pxenyana neft məhsullarının idxalını məhdudlaşdırıb. 

Öncə də Cənubi Koreya rəsmiləri Pxenyana neft satmaq istəyən Panama bayrağını daşıyan bir neft gəmisinə xəbərdarlıq etmişdi və onun Şimali Koreyaya tərəf hərəkətinə mane olmuşdu. 600 ton neft məmulatları daşıyan Honq-Konqa aid bir gəmi də C.Koreya tərəfindən saxlanılmışdır. 

Teqlər