Madrid Poçdemonun yenidən Kataloniyaya rəhbərlik etməsinə qarşı çıxdı
İspaniyanın mərkəzi hökuməti Karlos Poçdemonun yenidən Kataloniyaya rəhbərlik etməsi ilə müxalifət edib.
Əl-Cəzirə telekanalının verdiyi məlumata görə, İspaniya hökuməti Kataloniyanın kənarlaşdırılmış başçısı Karlos Poçdemonun Belçikanın paytaxtı Brüsseldən Kataloniyanı idarə etməsi ehtimalına qarşı çıxıb.
Poçdemon daha öncə Brüsseldə, başçılıq etdiyi və Kataloniyanın müstəqilliyinin tərəfdarı olan hərəkatın üzvləri ilə görüşüb.
Poçdemon könüllü şəkildə sürgündə olduğu Belçikada yaşayır.
Onun başçılıq etdiyi hərəkatın üzvləri Poçdemonu Kataloniyanın yerli qanunvericilik orqanının başçısı olaraq dəstəkləyəcəklərini bildiriblər. Amma, Madrid hökuməti bu xüsusda çıxarılan istənilən qərarı məhkəmə vasitəsi ilə önləməyə çalışacaq.
Poçdemon isə İspaniyanın mərkəzi hökumətindən Kataloniyada keçirilən müstəqillik referendumunun nəticələrini nəzərə almasını və onun bu məntəqəyə rəhbərlik vəzifəsinə geri qayıtması ilə razılaşmasını istəyib.
21 dekabr 2017-ci il tarixində Kataloniyada keçirilən müstəqillik referendumunun ardınca İspaniyanın mərkəzi hökuməti bu referendumu qeyri qanuni elan edərək, Kataloniyada vaxtından əvvəl seçkilərin keçirilməsini istədi.
Bu seçkilərdə müstəqillik tərəfdarı olan partiyalar parlamentin əksər yerlərini özlərinə aid edərək, 135 yerdən 70-inə yiyələndilər.
Kataloniya İspaniyanın şimal-şərqində yerləşir və uzun illərdir ki, müstəqillik uğrunda mübarizə aparır.