Yan 14, 2018 11:45 Asia/Baku
  • Havay ştatında raket hücumu barədə yanlış təhlükə siqnalı
    Havay ştatında raket hücumu barədə yanlış təhlükə siqnalı

ABŞ-ın Havay Ştatının Böhranları İdarəetmə İdarəsi şənbə günü səhvən Amerika ərazisinə raket hücumu ilə bağlı səhvən təcili xəbərdarlıq mesajı göndərib. Bu təcili xəbərdarlıq mesajı sürətlə Havay Ştatı əhalisi arasında yayılaraq, ştat sakinləri arasında qorxu və dəhşətə səbəb olub.

İRNA-nın məlumatına görə, mobil telefonlar, radio və televiziya kanallarına göndərilən mesajda əhalidən təcili olaraq sığınacaqlara getmələri istənilib. Mesajda bu xəbərdarlığın təlim xarakteri daşımadığı bildirilib. 

Mesaj, yayılmasından bir neçə dəqiqə sonra Havay Ştatı Böhranları İdarəetmə İdarəsi tərəfindən təkzib edilib. 

Havay Ştatının valisi Deyvid İge Böhranları İdarəetmə İdarəsinin bir işçisinin səhvən təhlükə düyməsinə basdığını bildirib. 

Amerika və Şimali Koreya arasında gərginliyin artması hər iki ölkənin xüsusilə raket hücumu riski yüksək olan məntəqələrdə hazırlığın yüksək səviyyəyə çıxardılmasına səbəb olub. 

ABŞ prezidenti Donald Trampın gərginlik yaradan militarist mövqeyi Vaşinqton və Pxenyan arasında münasibətlərin xeyli gərginləşməsinə səbəb olub. 

Teqlər