Yan 15, 2018 11:18 Asia/Baku
  • İsveç brendinin reklamı qalmaqala səbəb oldu
    İsveç brendinin reklamı qalmaqala səbəb oldu

H&M İsveç brendinin reklamları Cənubi Afrikada geniş etirazlara səbəb olub. Bu ölkə xalqı bu brendin boykot edilməsini istəyib.

France 24 telekanalının verdiyi məlumata görə, İsveçin H&M brendinin məhsullarını satan Cənubi Afrikadakı bir çox mağazalar etiraz dalğalarının şahidi olublar. Etirazçılar bu brendin reklamlarının irqçilik mahiyyəti daşıdığını bildiriblər. Cənubi Afrikada əhali bu brendin boykot edilməsinə çağırıb. 

Bir uşağın geyindiyi köynəyin üzərində belə yazılıb: "Meşənin ən maraqlı meymunu!". Etirazçılar və iqtisadi fəallar bu uşaq geyimi üzərindəki yazını tənqid edərək onun irqçilik mahiyyəti daşıdığını bildiriblər. Polis etirazçıları dağıtmaq üçün rezin güllələrdən istifadə etməli olub. 

H&M Brendinin rəhbərləri həmin yazını geyimin üzərində götürsələr də, insanlar hələ qəzəblidirlər və bu brendin boykot edilməsinə çağırırlar. Super starlar və müğənnilərin də bu brend ilə əməkdaşlıqlarını dayandırmaq niyyətində olduqları bildirilir. 

 

Teqlər