Yan 16, 2018 09:48 Asia/Baku
  • Yunanlar Yunanıstan parlamenti önündə aksiya keçiriblər
    Yunanlar Yunanıstan parlamenti önündə aksiya keçiriblər

Yunanıstan xalqından minlərlə nəfər dünən bu ölkədə sərt iqtisadi siyasətlərin şiddətlənməsinə etiraz olaraq, Afinada, parlamentin önündə aksiya keçirib.

Polis qüvvələri aksiyaçılarla mübarizə üçün gözyaşardıcı qazdan istifadə ediblər.

Təqribən üç yüz iğtişaşçı da "Molotov kokteyl"indən və daşdan istifadə edərək, Yunanıstan parlamenti önündə polis qüvvələrinə hücum edibdir.

Dövlət qulluqçuları, eləcə də bir çox özəl şirkət və idarələrin işçiləri də dünən səhərdən etibarən Yunanıstanda solçu hökumətin iqtisadi və sosial siyasətləri əleyhinə sutkalıq tətilə əl atıblar.

Yunanıstan bu günlər,  hökumətin sərt iqtisadi siyasətlərin şiddətləndirilməsi üzrə beynəlxalq kreditorların tələblərinə təslim olmasına etiraz istiqamətində dəfələrlə ümumölkə tətillər sənhəsi olubdur.

Yeddi il bundan öncədən bəri vergilərin artması, təqaüdçülərin əmək haqqılarının, eləcə də hökumətin sosial təminat və rifah xidmətlərinin azalması Yunanıstan xalqının iqtisadi durumunun ağırlaşmasına bais olubdur.

 

Teqlər