Yan 16, 2018 10:51 Asia/Baku
  • BMT Myanma müsəlmanlarının böhranlı durumunun davamı haqda xəbərdarlıq edib
    BMT Myanma müsəlmanlarının böhranlı durumunun davamı haqda xəbərdarlıq edib

BMT-nin tabeliyində olan Ümumdünya Ərzaq Proqramının direktoru Myanmada Ruhinqa müsəlmanlarının böhranlı vəziyyətinin davam etməsindən nigarançılıq edibdir.

BMT-nin tabeliyində olan Ümumdünya Ərzaq Proqramının direktoru Devid Bisley BBC telekanalı ilə müsahibədə deyib ki, Myanma müsəlmanları insan təsəvvürünə belə sığmayan müsibətlərə dözürlər.

Bisley əlavə edib ki, Ruhinqa müsəlmanlarının Myanmaya geri dönmələri üzrə şərait dəyişməyib və münasib deyildir.

BMT-nin tabeliyində olan Ümumdünya Ərzaq Proqramının direktoru ümidvarlıq edibdir ki, digər təşkilatların, o sıradan UNICEF uşaq fondu, BMT-nin didərginlər agentliyi və yerli qeyri-hökumət təşkilatlarının yardımı ilə ruhinqalı müsəlman didərginlərin ehtiyac duyduqları minimum ərzaq və dərman təmin edilmiş olacaq.

Bisley bildirib ki, bu didərginlərin Banqladeşdəki düşərgələrində ərzaq təmini və səhiyyə durumu münasib deyildir.

Myanma ordusunun 2017-ci ilin avqust ayının sonlarında bu ölkənin qərbində yerləşən Raxin əyalətində Ruhinqa müsəlmanlarına qarşı repressiv hücumlarının yeni dalğasında altı mindən çox insan ölüb, səkkiz min nəfər yaralanıb və yüz minlərlə nəfər də Banqladeşə qaçmağa məcbur olubdur.

Myanmanın Raxin əyaləti 2012-ci ildən bəri Myanma ordusunun və ekstremist buddislərin Ruhinqa müsəlmanlarına qarşı hücumları səhnəsidir.

BMT son zamanlar bildiribdir ki, Myanma ordusu Ruhinqa müsəlmanlarına qarşı etnik təmizləmə ardıncadır.

Teqlər