Mühacirlər ABŞ prezidentinə qarşı aksiya keçiriblər
-
Mühacirlər ABŞ prezidentinə qarşı aksiya keçiriblər
Haitili mühacirlər və onların Amerikadakı himayədarları bu ölkə prezidentinin təhqiramiz sözlərinə etiraz olaraq, Florida ştatında aksiya keçiriblər.
Bir neçə yüz min aksiyaçı dünən ABŞ prezidentinin Afrika ölkələri və Haitidən olan mühacirlərə qarşı çirkin və vulqar sözlərinə etiraz olaraq, Donald Trampın Florida ştatındakı malikanəsinin yaxınlığında aksiya keçirib.
Haitili-amerikalı aksiyaçılr və onların tərəfdarları əllərində Haitinin bayrağını tutaraq, ABŞ prezidentinə qarşı şüarlar veriblər. Onlar həmçinin Trampın üzr istəməsini tələb ediblər.
Tramp öz iş ofisində keçirdiyi xüsusi iclasda, bu iclasda iştirak edən qanunvericilərə xitab edərək, təhqiredici cümlələr işlətmiş və bəzi Afrika və Amerika ölkələrini "zibilxana"ya bənzətmişdi.
Beynəlxalq təşkilatlar, ölkələr və siyasi şəxsiyyətlər ABŞ prezidentinin "zibilxana" kimi təhqiramiz və irqçi sözdən istifadə etməsini pisləyiblər.
Amerika prezidenti bundan öncə də xüsusi bir məclisdə təhqiredici ifadə işlədərək iddia etmişdi ki, Haitidən Amerikaya daxil olan bütün mühacirlərdə QİÇS xəstəliyi vardır.