Yan 17, 2018 11:05 Asia/Baku
  • Cənubi Koreya ABŞ Konqresinə xəbərdarlıq etdi

Cənubi Koreyanın xarici işlər naziri Amerikaya xəbərdarlıq edərək, Şimali Koreya əleyhinə gərginliyin artırılması ilə Qış Olimpiya Oyunlarının münasib atmosferdə keçirilməsinə mane olmamasını istəyib.

YUNHAP-ın verdiyi məlumata görə, Kanq Kyunq Hua çərşənbə axşamı Seulda bir qrup amerikalı konqresmen ilə görüşdə deyib: hazırkı şəraitdə ən yaxşı addım ABŞ-ın Cənubi Koreyanın maraqlarına diqqət göstərməsi və Qış Olimpiya Oyunlarının sülh və dostluq atmosferində keçirilməsinə imkan verməsidir. 

Şimali Koreya bundan öncə bildirmişdi ki, Cənubi Koreya ABŞ-ın Pxenyana qarşı təhdidlərinin davam etməsində vasitəçi rola malik olarsa, Qış Olimpiya Oyunlarında iştirakdan imtina edəcək. 

Cənubi Koreyanın xarici işlər naziri deyib: Şimali Koreya ilə başlanan danışıqlar çox yaxşı irəliləyişə malik olub və Pxenyan öz idmançılarını Cənubi Koreyada keçiriləcək Qış Olimpiya oyunlarına göndərməklə razılaşıb. 

23-cü Qış Olimpiya Oyunları 9 fevraldan başlayaraq 23 fevrala kimi davam edəcək. 

Cənubi Koreyada keçiriləcək Qış Paraolimpiya Oyunları isə 9 martdan başlayaraq, 18 marta kimi davam edəcək.  

Teqlər